• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Alla Puqaçova və Maksim Qalkin əmlaklarını itirə bilərlər

ŞOU

02 Iyun 2026 | 14:09

Alla Puqaçova və Maksim Qalkin əmlaklarını itirə bilərlər

Rusiyanın maraqlarına zidd hərəkətlər edən relokantların aktivlərinin həbsini nəzərdə tutan qanun qüvvəyə mindikdən sonra Alla Puqaçova və Maksim Qalkin Rusiya Federasiyasındakı əmlaklarını itirə bilərlər.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə hüquqşünas İvan Solovyov Aif.ru nəşrinə açıqlamasında bildirib.

Dövlət Duması tərəfindən təsdiqlənən qanun layihəsi 2026-cı il sentyabrın 1-dən etibarən qüvvəyə minəcək.

Solovyov vurğulayıb ki, bu normanın geriyə qüvvəsi yoxdur: qanun yalnız həmin tarixdən sonra törədilmiş hüquqpozmalara şamil ediləcək. Əmlakın həbs edilməsinə səbəb ola biləcək qayda pozuntuları sırasına ekstremizm, qapalı məlumatlara qanunsuz giriş əldə etmək, söz azadlığından sui-istifadə və digər oxşar hüquqpozmalar daxildir.

"Hipotetik olaraq, Puqaçova və digərləri əmlakdan məhrum edilə bilər", - deyə hüquqşünas qeyd edib.

Xatırladaq ki, Ukraynada xüsusi hərbi əməliyyat başladıqdan sonra Puqaçova əri Qalkin və uşaqları ilə birlikdə Rusiyanı tərk edərək İsrailə köçüb. Hazırda məşhurlar mütəmadi olaraq dünya üzrə səyahət edirlər. Onlar Latviya və Fransada da görünüblər, lakin əsas yaşayış yerləri İsraildir və uşaqları burada özəl gimnaziyada təhsil alırlar. Cütlüyün həm İsrail pasportu, həm də Kipr vətəndaşlığı var.


SON XƏBƏRLƏR

01 Iyun 2026