• Bakı 17° C

    8.62 m/s

  • USD - 1.7

    EUR - 1.9802

    RUB - 2.3836

Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi - YENİLƏNİB

İQTİSADİYYAT

02 Iyun 2026 | 14:39

Bakı-Tbilisi-Qars dəmir yolu istifadəyə verildi - YENİLƏNİB

Bakı-Tbilisi-Qars dəmir yolu xətti istismara verilib.

Bakıvaxtı.az xəbər verir ki, Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Azərbaycanın rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev və Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu istismara verilməni bildirən düyməni sıxıb.

***

14:13

Gürcüstanda Axalkalaki stansiyasında Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin modernləşdirilmədən sonra rəsmi istismara verilmə mərasimi keçirilir.

Bakıvaxtı.az xəbər verir ki, tədbirdə Gürcüstanın Baş naziri İrakli Kobaxidze, iqtisadiyyat və dayanıqlı inkişaf naziri Mariam Kvrivişvili, Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu və digər rəsmi şəxslər iştirak edirlər.

Azərbaycanı mərasimdə rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov təmsil edir.

Qeyd edək ki, BTQ dəmir yolu xətti 2017-ci ilin oktyabrın 30-da yük daşımaları üçün test rejimində istismara verilib.


SON XƏBƏRLƏR

01 Iyun 2026