q
  • Bakı 13° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

WUF13 ilə bağlı Nəqliyyat Əməliyyatları Mərkəzi yaradılıb

CƏMİYYƏT

05 May 2026 | 11:27

WUF13 ilə bağlı Nəqliyyat Əməliyyatları Mərkəzi yaradılıb

Mayın 17-22-də Bakıda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) ilə bağlı Daxili İşlər Nazirliyinin Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzində (NİİM) Nəqliyyat Əməliyyatları Mərkəzi yaradılıb.

Bakıvaxtı.az xəbər verir ki, bunu tədbirdə nəqliyyatın idarə olunması planının təqdimatına dair brifinqdə NİİM-in rəisi Namidan Piriyev bildirib.

Onun sözlərinə görə, məqsəd nəqliyyat əməliyyatlarının daha operativ idarə olunması, digər qurumlarla birgə fəaliyyətin təşkilidir: "Bu mərkəzdə həm dövlət orqanları, həm də digər aidiyyəti dövlət qurumlarının nümayəndələri gündəlik xidmət edəcək. ​Nəqliyyat əməliyyatlarının idarə olunması ilə yanaşı, hər hansı xoşagəlməz hadisə baş verərsə, onun dərhal qarşısının alınması üçün müvafiq qurumların məsul şəxsləri öz fikirlərini bildirəcək, dərhal məlumat mübadiləsi aparılacaq və birgə koordinasiyalı fəaliyyət təmin olunacaq".


SON XƏBƏRLƏR

04 May 2026