• Bakı 21° C

    3.76 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

Avtobus marşrutlarına onlayn bilet satışı artıb

CƏMİYYƏT

04 Iyun 2026 | 10:53

Avtobus marşrutlarına onlayn bilet satışı artıb

Bu ilin 5 ayında Azərbaycanda "biletim.az" portalı vasitəsilə onlayn qaydada 456 195 bilet əldə edilib.

Bu barədə Bakıvaxtı.az-a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.

Bildirilib ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 1,8 dəfə çoxdur.

2025-ci ilin yanvar-may ayları ərzində qabaqcadan satış üzrə biletlərin xüsusi çəkisi 31,8 % idisə, cari ilin müvafiq dövründə bu göstərici 43 %-ə yüksəlib. Bu artım sərnişinlərin avtovağzal xidmətlərinə etimadının artdığını və səfərlərini planlaşdırarkən onlayn bilet alışı imkanlarından daha fəal istifadə etdiklərini göstərir.

Hazırda "biletim.az" portalında 58 məntəqəyə 94 istiqamət üzrə bilet almaq mümkündür. Sistemə 364 reys olmaqla 411 nəqliyyat vasitəsi qoşulub. Onlayn bilet satışı sistemi mərhələli şəkildə sərnişindaşıma sahəsində xidmət göstərən bütün daşıyıcı və avtovağzalları əhatə edəcək.

Vaxta qənaət və müştəri məmnuniyyətinin təmin edilməsi məqsədilə "biletim.az" üzərindən tətbiqə giriş zamanı "myGov ID ilə giriş" funksionallığı təmin edilib. Eyni zamanada, istifadəçilərə əldə edilən bilet üzrə seçilmiş oturacaq yerinin dəyişdirilməsi və seçilmiş reys üzrə çıxış vaxtının digər reysə (saata) dəyişdirilməsi imkanı da yaradılıb.


SON XƏBƏRLƏR

03 Iyun 2026