q
  • Bakı 15° C

    7.58 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

"Bitcoin" bahalaşdı

İQTİSADİYYAT

05 May 2026 | 09:27

Bitcoin bahalaşdı

Son 24 saatda kriptovalyuta bazarında fərqli istiqamətli dəyişikliklər müşahidə olunub.

Bakıvaxtı.az xəbər verir ki, "CoinMarketCap" platformasında bazarın lideri olan “Bitcoin”in (BTC) qiyməti 0,65% artaraq 80 861 dollar olub.

“Ethereum”un (ETH) qiyməti 0,44% azalaraq 2 379 dollar, BNB-nin qiyməti 1,07% azalaraq 626 dollar, “Bitcoin Cash”in (BCH) qiyməti isə 1,18% azalaraq 443 dollar olub.

Paralel olaraq qızıla indekslənmiş “Tether Gold” (XAUT) 1,50% ucuzlaşaraq 4 529 dollar, “PAX Gold” (PAXG) 1,53%ucuzlaşaraq 4 528 dollar səviyyəsində qərarlaşıb.

Digər tərəfdən, “Zcash” (ZEC) 2,10% bahalaşaraq 427 dollar, “Monero” (XMR) 1,75% bahalaşaraq 404 dollar olub.

Ümumilikdə isə qlobal kriptovalyuta bazarının kapitallaşması sutka ərzində 0,31% artaraq 2,67 trln. dollar təşkil edib.

Analitiklərə görə, qarışıq dinamika əsasən ABŞ-da faiz dərəcələri ilə bağlı gözləntilərin dəyişməsi fonunda riskli aktivlərə marağın selektiv şəkildə artması, həmçinin son günlərdə qeydə alınan yüksəlişdən sonra bəzi altkoinlərdə mənfəət götürülməsi ilə əlaqədardır.


SON XƏBƏRLƏR

04 May 2026