• Bakı 21° C

    5.79 m/s

  • USD - 1.7

    EUR - 1.9763

    RUB - 2.3214

"Ekolizinq"in aktivləri 20 %-dən çox azalıb

İQTİSADİYYAT

04 Iyun 2026 | 09:18

Ekolizinqin aktivləri 20 %-dən çox azalıb

"Ekolizinq" MMC 2025-ci ili 82 min manat xalis mənfəətlə başa vurub.

Bakıvaxtı.az şirkətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2024-cü illə müqayisədə 78,3 % çoxdur.

Ötən il "Ekolizinq"in vergiyəqədərki mənfəəti 103 min manat (əvvəlki ilə nisbətən 77,6 % çox), mənfəət vergisi ödəmələri isə 21 min manat (75 % çox) təşkil edib.

Bu il yanvarın 1-nə "Ekolizinq"in aktivləri 3,109 milyon manat olub ki, bu da illik müqayisədə 20,4 % azdır. Bunun 1,057 milyon manatı debitor borclardır. Ötən il şirkətin lizinq portfeli 46,1 % kiçilib.

Hesabat dövründə "Ekolizinq"in öhdəlikləri 32,9 % azalaraq 1,238 milyon manata, balans kapitalı isə 9,3 % azalaraq 1,871 milyon manata düşüb.

Xatırladaq ki, "Ekolizinq" 2014-cü ilə yaradılıb. Onun nizamnamə kapitalı 10 min manatdır. Şirkətin təsisçisi Elnur Rəsulovdur.


SON XƏBƏRLƏR

03 Iyun 2026