q
  • Bakı 13° C

    6.46 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

Çində güclü partlayış: Si Cinpin işə qarışdı

DÜNYA

05 May 2026 | 08:08

Çində güclü partlayış: Si Cinpin işə qarışdı

Çinin Hunan əyalətinin Liuyanq şəhərində yerləşən fişəng fabrikində baş verən güclü partlayış faciəvi nəticələrə səbəb olub.

Bakıvaxtı. az  xəbər verir ki, bu barədə ölkənin “China Central Television” (CCTV) telekanalı məlumat yayıb.

İlkin məlumatlara görə, ən azı 21 nəfər həyatını itirib, 61 nəfər yaralanıb.

Yayılan görüntülərdə ard-arda baş verən partlayışlar və havaya qalxan qalın tüstü buludları əks olunub.

Əraziyə cəlb olunan xilasedicilər dağıntılar altında qalan şəxslərin axtarışını davam etdirir. Rəsmi məlumata görə, hadisə yerinə 480-dən çox xilasedici və mütəxəssis göndərilib, yaxın ərazilərdə yaşayan sakinlər isə təxliyə olunub.

Dron görüntüləri partlayışın miqyasının böyük olduğunu göstərir – bir sıra binalar tamamilə dağılıb, digərlərinin damı uçub, bəzi obyektlərdə isə yanğın və tüstülənmə davam edir.

“Sinxua” xəbər agentliyinin məlumatına əsasən, Çin Xalq Respublikasının rəhbəri Si Cinpin yaralıların müalicəsi, itkin düşənlərin tapılması və hadisənin səbəblərinin araşdırılması üçün bütün imkanların səfərbər olunması barədə göstəriş verib. Bildirilir ki, müəssisə rəhbərliyi artıq polis tərəfindən saxlanılıb.

Qeyd edək ki, Liuyanq şəhəri Çində fişəng istehsalının əsas mərkəzlərindən biridir və ölkə üzrə məhsulun böyük hissəsi burada istehsal olunur. Lakin təhlükəsizlik standartlarının zəif olması səbəbindən bu sahədə oxşar sənaye qəzaları mütəmadi olaraq baş verir.

Aydın


SON XƏBƏRLƏR

04 May 2026