• Bakı 18° C

    3.62 m/s

  • USD - 1.7

    EUR - 1.9785

    RUB - 2.3681

Budapeşt və Kiyev razılığa gəldi

DÜNYA

03 Iyun 2026 | 23:18

Budapeşt və Kiyev razılığa gəldi

Macarıstan və Ukrayna Zakarpatye ərazisindəki macar etnik azlığının hüquqlarına dair razılıq əldə edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Macarıstanın Baş naziri Peter Madyar "Facebook" sosial şəbəkəsində yazıb.

"Mühüm xəbərim var. Üç həftə ərzində biz (əvvəlki baş nazirin - red.) komandasının 10 il ərzində nail ola bilmədiyinə nail ola bildik.

Biz Ukrayna ilə 100 minlik macar azlığının dil, təhsil, mədəni və siyasi hüquqlarının genişləndirilməsi barədə hərtərəfli razılaşma əldə etdik. Bu razılaşma ekspertlər səviyyəsində bir neçə həftə davam edən və Zakarpatye macarlarının siyasi təşkilatlarının, həmçinin kilsələrin də iştirak etdiyi intensiv Macarıstan-Ukrayna danışıqlarının nəticəsi oldu", - o qeyd edib.

Madyarın sözlərinə görə, Ukrayna hökuməti yaxın gələcəkdə razılaşdırılmış tədbirləri öz qanunvericiliyində tətbiq etməyi öhdəsinə götürüb: "Bununla da bizim Zakarpatyedən olan soydaşlarımız əvvəlkindən xeyli dərəcədə daha geniş təhsil, mədəniyyət, dil və siyasi hüquqlara malik olacaqlar".

Bu öhdəliklər həmçinin Ukraynanın Avropa İttifaqına inteqrasiyası çərçivəsindəki fəaliyyət planında da öz əksini tapacaq: "Əgər bu baş verərsə, Macarıstan hökuməti Ukraynaya münasibətdə (Aİ-yə daxil olmaq barədə - red.) ilk danışıqlar klasterinin açılmasına razılıq verəcək".


SON XƏBƏRLƏR

03 Iyun 2026