“ABŞ prezidenti Donald Trampın strateji dəniz keçidində ilişib qalmış gəmilərin azad edilməsini hədəfləyən "Azadlıq Layihəsi" nəticəsiz layihədir”.
Bakıvaxtı. az “LeMonde.fr”ə istinadən xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi bildirib.
Onun sözlərinə görə, Hörmüzdəki hadisələr siyasi böhranın hərbi həllinin olmadığını göstərir.
Bundan başqa, İranın xarici işlər naziri ABŞ-ni Pakistan vasitəsilə vasitəçiliyə üstünlük verməyə çağırıb və onları bataqlığa düşmək riski ilə bağlı xəbərdar edib.
A.Əraqçi əlavə edib ki, eyni məsələ Birləşmiş Ərəb Əmirliklərinə də aiddir.
Qeyd edək ki, dünən Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabi İranın dron hücumuna məruz qaldığını elan edib.
Aydın
Bakı 




