q
  • Bakı 13° C

    5.31 m/s

  • USD - 1.7

    EUR - 1.9938

    RUB - 2.2704

Goranboydakı qəzada xəsarət alanlardan XƏBƏR VAR

CƏMİYYƏT

05 May 2026 | 11:12

Goranboydakı qəzada xəsarət alanlardan XƏBƏR VAR

Xəbər verdiyimiz kimi, Goranboy rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Goranboy–Borsunlu yolunda qeydə alınıb. Qəza zamanı 7 nəfər xəsarət alıb.

TƏBİB-dən sorğuya cavab olaraq bildirilib ki, 05.05.2026-cı il tarixində saat 06:10 radələrində baş verən hadisə nəticəsində xəsarət alan 7 nəfər (1 kişi, 6 qadın) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.

Məlumata görə, yaralılara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travmaları diaqnozu qoyulub. Onlardan birinin müalicəsi Cərrahiyyə şöbəsində, 4 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində davam etdirilir. Digər 2 nəfər isə ambulator müalicə üçün evə buraxılıb.

Zeynəb Rzayeva


SON XƏBƏRLƏR

04 May 2026