• Bakı 27° C

    3.49 m/s

  • USD - 1.7

    EUR - 1.9765

    RUB - 1.9579

"Beşiktaş"da ciddi itki

İDMAN

05 May 2026 | 01:00

"Beşiktaş"da ciddi itki

"Beşiktaş" ciddi itki ilə üzləşib.

Bakıvaxtı.az xəbər verir ki, Türkiyə Superliqasında və kubok yarışında mühüm oyunlara hazırlaşan İstanbul təmsilçisinin futbolçusu Milot Raşiça mövsümü erkən başa vurub.

29 yaşlı kosovalı vinger "Qaziantep" ilə matçdan öncə isinmə hərəkətləri zamanı zədələnib.Aparılan MRT müayinəsində onun bud sümüyünün aşağı hissəsində sümük ödəmi aşkar olunub və müalicəsinə başlanılıb.

Qeyd edək ki, həkimlərin rəyinə görə, Raşiçanın yaxın həftələrdə meydana qayıtması mümkün deyil. Beləliklə, futbolçu həm çempionatın qalan hissəsini, həm də kubok oyunlarını buraxmalı olacaq.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

05 Sentyabr 2026