İrəvan Dövlət Dram Teatrının sabiq direktoru İftixar Piriyev sosial şəbəkə hesabında öz fotosunu paylaşıb.
Bakıvaxtı.az xəbər verir ki, o, saç-saqqalı bir-birinə qarışmış halda Nardaran kəndində çəkdirdiyi fotosuna aşağıdakı ifadələri yazıb:
“Çəkilmişəm tənhalığa, düşüncələr sevir məni,
Hansı yana yıxsan belə, fikirlərim, çevir məni”.
Qeyd edək ki, 2000-ci ildən İrəvan Dövlət Dram Teatrının direktoru olmuş İftixar Piriyev 2025-ci ilin sentyabrında əmək fəaliyyətinin son yaş həddi ilə əlaqədar vəzifəsindən azad edilib. /qafqazinfo
Bakı 





