• Bakı 21° C

    9.47 m/s

  • USD - 1.7

    EUR - 1.9934

    RUB - 2.0047

Kelloq Umerovla Rusiya və Ukrayna arasında nizamlanmanı müzakirə edib

DÜNYA

13 Sentyabr 2025 | 15:12

Kelloq Umerovla Rusiya və Ukrayna arasında nizamlanmanı müzakirə edib

 ABŞ-nin Ukrayna və Rusiya üzrə xüsusi nümayəndəsi Keyt Kelloq Kiyevə səfəri çərçivəsində bu ölkənin Təhlükəsizlik Şurasının katibi Rustem Umerov ilə görüşüb.

 Bakıvaxtı.az xəbər verir ki, bu barədə Kelloq "X" sosial şəbəkəsindəki hesabında yazıb.

"Biz Təhlükəsizlik Şurasının katibi və aparıcı müzakirəçi Rustem Umerov ilə ABŞ-nin insan itkisini dayandırmaq və Rusiya ilə Ukrayna arasında davamlı sülhün bərqərar olması üçün göstərdiyi səylər barədə müsbət söhbət etdik. Prezident Tramp Amerika xalqına xidmət etməyə, xaricdə sülhün təmin edilməsinə və sonsuz müharibələrə son qoymaq işinə sadiqdir", - o qeyd edib.

Daha əvvəl Kelloq Kiyevdə Ukraynanın veteranların işləri üzrə naziri Nataliya Kalmıkova ilə görüşmüşdü.


SON XƏBƏRLƏR

12 Sentyabr 2025