Bu həftə Avropa İttifaqı blok üzvlərinin ümumi müdafiəsi ilə bağlı yol xəritəsi təqdim edəcək.
Bakıvaxtı.az xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallas Kiyevə səfəri çərçivəsində Ukrayna Xarici İşlər Naziri Andrey Sibiqa ilə birgə mətbuat konfransında deyib.
“Bu həftə Avropa Komissiyasının prezidenti Ursula von der Leyen və mən Avropanın müdafiəsi ilə bağlı yol xəritəsi təqdim edəcəyik. Bu yol xəritəsi əsas sahələrdə potensialımız və obyektivlərimizi, eləcə də irəliləyişlərimizi müəyyən edəcək. Bu sahələrə anti-dron sistemlər də daxildir” Kaya Kallas vurğulayıb.