Avropa İttifaqı (Aİ) Albaniyaya təxminən 100 milyon avro ayıracaq.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyayen "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Albaniyanın əhəmiyyətli irəliləyişini nəzərə alaraq, təxminən 100 milyon avronun ayrılacağını elan edə bilərəm", - o vurğulayıb.
Qeyd edək ki, Ursula fon der Leyen Qərbi Balkan ölkələrinə səfərə çıxıb.