• Bakı 10° C

    2.93 m/s

  • USD - 1.7

    EUR - 1.8652

    RUB - 2.0757

İsrail ordusu 250 min insanın Qəzzanı tərk etdiyini açıqlayıb

DÜNYA

13 Sentyabr 2025 | 14:47 | Müəllif: Gülşən Şərif

İsrail ordusu 250 min insanın Qəzzanı tərk etdiyini açıqlayıb

İsrail Müdafiə Qüvvələri bir daha Qəzza şəhərinin sakinlərini təxliyə olmağa çağırıb və artıq 250 mindən çox insanın şəhəri tərk etdiyini açıqlayıb.

Bakıvaxtı.az bu barədə İsrailin "Ynet" portalına istinadən xəbər verir.

"Ordunun hesablamalarına görə, son bir neçə gündə 250 mindən çox insan Qəzza şəhərini tərk edib. Əl-Rəşid yolundan istifadə edin və humanitar yardım alacağınız Əl-Mavasdakı humanitar zonaya keçin", - nəşr ordunun sözçüsü Avixay Adraidən sitat gətirib.

Xatırladaq ki, sentyabrın 9-da İsrail Müdafiə Qüvvələri Qəzza sakinlərini planlaşdırılan hücumla əlaqədar dərhal təxliyə olmağa çağırmışdı.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

27 Noyabr 2026