ABŞ prezidenti Donald Trampın İsrailə səfəri ilə əlaqədar ölkədə geniş təhlükəsizlik tədbirləri görülüb.
Bakıvaxtı.az xəbər verir ki, İsrail polisi Təl-Əviv və Qüds arasındakı 1 nömrəli magistral yolu və paytaxtdakı bir neçə əsas prospekti bağlayıb.
Qeyd edək ki, Tramp Qüdsdə çıxış etdikdən sonra Təl-Əvivdə azad edilən məhbuslarla görüşəcək. O, səfər zamanı İsrail Prezidentinin Şərəf Medalı ilə təltif ediləcək.
Tramp daha sonra Misirə gedərək Qəzzadakı atəşkəs səylərinə verdiyi töhfələrə görə “Nil ordeni” ilə mükafatlandırılacaq.
Əli Hüseynov