• Bakı 20° C

    10.29 m/s

  • USD - 1.7

    EUR - 1.9755

    RUB - 2.0799

Avropada Çin yarımkeçirici istehsalçısına qarşı xüsusi tədbirlər görülüb

DÜNYA

13 Oktyabr 2025 | 13:06

Avropada Çin yarımkeçirici istehsalçısına qarşı xüsusi tədbirlər görülüb

Niderland hökuməti beynəlxalq ticarət gərginliyinin artması fonunda mikroçip ehtiyatını təmin etmək məqsədilə Çinin yarımkeçirici istehsalçısı “Nexperia” şirkətinə qarşı xüsusi tədbirlər tətbiq edib.

Bakıvaxtı.az xəbər verir ki, CNBC telekanalı bu barədə Niderlandın hakimiyyət orqanlarına istinadla məlumat yayıb. Məlumata görə, bu qərar şirkətin istehsal etdiyi məhsulların fövqəladə vəziyyətdə əlçatan olmasının təmin edilməsinə yönəldilib. Həmçinin Niderland hökuməti “Nexperia” şirkətində “idarəetmə ilə bağlı ciddi çatışmazlıqlara dair kəskin siqnallar” aldığı üçün bu addımı atdığını vurğulayıb. Bu çatışmazlıqların Niderland və Avropa ərazisində vacib texnoloji biliklərin və imkanların davamlılığına təhlükə yaratdığı bildirilib.

Qeyd edək ki, “Nexperia” şirkətinin məhsulları avtomobil sənayesi, məişət texnikası və digər sahələrdə istifadə olunur və bu, onun texnoloji təchizat zəncirlərinin qorunması baxımından vacib əhəmiyyət daşıdığını göstərir. Telekanal Niderland hökumətinin bu addımı Pekinin nadir torpaq elementlərinin və maqnitlərin ixracına tətbiq etdiyi məhdudiyyətlərin sərtləşməsinə cavab olaraq atdığını vurğulayıb.

ABŞ Prezidenti Donald Tramp isə bu arada Çindən idxal olunan məhsullara tariflərin kəskin artırılması barədə yenidən danışmağa başlayıb. Çin nadir torpaq elementlərinin əsas istehsalçısıdır və bu, Qərbin mikroçip istehsalına da təsir göstərir.


SON XƏBƏRLƏR