Ukraynanın Avropalı müttəfiqləri Amerika silahlarının alınması üçün 1,5 milyard dollar ayırıb.
Bakıvaxtı.az "DHA"ya istinadən xəbər verir ki, bu barədə Ukrayna prezidenti Volodimir Zelenski açıqlama verib.
"Hazırda 1,5 milyard dollarımız var. NATO-nun Ukrayna Prioritet Ehtiyaclar Siyahısı (PURL) təşəbbüsü NATO üzv dövlətlərinə Ukrayna üçün Amerika istehsalı olan silahları birgə almağa imkan verir", - deyə Zelenski öz "Telegram" kanalında yazıb.
O, əlavə edib ki, bu mexanizm Ukraynanın müdafiə qabiliyyətini gücləndirir. Hollandiya, Danimarka, Norveç və İsveç 500 milyon dollar sərmayə qoyub.
Gülşən Şərif