• Bakı 13° C

    10.75 m/s

  • USD - 1.7

    EUR - 1.9841

    RUB - 2.0928

Türkiyədə toy tortundan 60 nəfər zəhərlənib

DÜNYA

15 Iyul 2025 | 16:23

Türkiyədə toy tortundan 60 nəfər zəhərlənib

Türkiyənin Urfa şəhərində keçirilən toy mərasimində iştirak edən 60 nəfər yedikləri tortdan zəhərlənib.

Bakıvaxtı.az xəbər verir ki, hadisə Urfanın Suruç rayonunda baş verib. Rayon sakinləri Halil İbrahim Elmas ilə Aleyna Akdeniz evlənmək üçün toy mərasimi təşkil ediblər. Toyda ailə üzvləri və dostlardan ibarət çox sayda qonaq iştirak edib.

Yemək ziyafəti verilməyən toyda gəlin və bəyin kəsməsi üçün kənardan 10 mərtəbəli tort gətirilib. Toyun sonunda gəlin və bəy birlikdə tortu kəsərək dadına baxıblar. Daha sonra tort qonaqlara təqdim olunub.

Toydan sonra evlərinə gedən qonaqlarda qarın ağrısı, ürəkbulanma və qusma halları müşahidə olunub. Zəhərləndiklərini anlayan qonaqlar dərhal xəstəxanaya üz tutublar. Gecə boyunca təxminən 60 nəfər eyni şikayətlərlə xəstəxanaya yerləşdirilib.

Zərərçəkənlər müalicə aldıqdan sonra evlərinə buraxılıblar. Faktla bağlı araşdırma aparılır.


SON XƏBƏRLƏR

20 Oktyabr 2025