• Bakı 23° C

    2.38 m/s

  • USD - 1.7

    EUR - 1.9849

    RUB - 2.178

Britaniya Ermənistana yeni səfir təyin edib

DÜNYA

15 Iyul 2025 | 16:09

Britaniya Ermənistana yeni səfir təyin edib

Böyük Britaniya Ermənistana yeni səfir təyin edib.

Bakıvaxtı.az xəbər verir, bu barədə erməni KİV-ləri Birləşmiş Krallıq hökumətinin bəyanatına istinadən məlumat yayıb.

Bildirilib ki, 2020-ci ildən İrəvandakı səfir Con Qallaheri vəzifəsində Aleksandra Koul əvəz edəcək.

Səfir 2025-ci ilin sentyabrında vəzifəsinin icrasına başlayacaq.

Daha əvvəl A.Koul Gürcüstanda, daha sonra isə Qətərdə missiya rəhbərinin müavini vəzifəsində çalışıb. Yeni təyinatından əvvəl Yaxın Şərq və Şimali Afrika regionunda fövqəladə hallar üzrə fəaliyyət planlaşdırması şöbəsinə rəhbərlik edib.


SON XƏBƏRLƏR