ABŞ prezidenti Donald Trampın həyat yoldaşı Melaniya eks-prezident Co Baydenin oğlu Hunteri Ceffri Epşteyn işi kontekstində onun barəsində böhtan xarakterli ifadələrə görə 1 milyard dollarlıq məhkəmə iddiası ilə hədələyib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Fox News” Melaniya Trampın vəkilinin məktubuna istinadən məlumat yayıb.
Məlumata görə, avqustun 5-də Hunter YouTube-da “Ovçu Bayden qayıdır” adlı video yerləşdirib, bundan sonra Melaniya videoda yalan ifadələrin olduğunu bildirib.
Vəkilin məktubunda deyilir: "Videoda mahiyyət etibarilə böhtan xarakterli yalan ifadələr var: "Epsteyn Melaniyanı Trampa təqdim etdi. Əlaqələr çox geniş və dərin görünür”".
Vəkil müvəkkilinin adından Hunterdən "dərhal yalan, böhtan, alçaldıcı və qızışdırıcı ifadələr verməkdən əl çəkməyi" tələb edib.
Co Baydenin oğlu Melaniyanın tələbini yerinə yetirməsə, sonuncu onu məhkəməyə vermək, 1 milyard dollar təzminat tələb etmək niyyətindədir. Şərtlərin yerinə yetirilməsi üçün son tarix avqustun 7-si idi.
Bundan əvvəl “The Washington Post” yazıb ki, Donald Tramp Epşteyn işi ilə bağlı administrasiyasının hərəkətlərindən narazılığını bildirib. Nəşrin yazdığına görə, o, mövzunun tez bir zamanda aradan qalxacağını gözləyən məmurların səhvlərindən və dəqiq strategiyasının olmamasından məyusdur.