• Bakı 16° C

    7.98 m/s

  • USD - 1.7

    EUR - 1.9672

    RUB - 2.1247

Çerevko: “İsrail Qəzzaya ölüm hökmü verdi”

DÜNYA

13 Sentyabr 2025 | 10:54

Çerevko: “İsrail Qəzzaya ölüm hökmü verdi”

BMT-nin Humanitar İşlər Koordinasiya İdarəsinin (UNOCHA) sözçüsü Olqa Çerevko İsrailin Qəzza şəhərinə faktiki ölüm hökmü verdiyini, sakinləri “ya tərk et, ya da öl” seçimində qoyduğunu bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o, İsrailin artan hücumlarını və yüz minlərlə mülki şəxsin məcburi köçürülməsini kəskin tənqid edib.

Çerevko humanitar yardımların bütün sərhəd-keçid məntəqələrindən maneəsiz çatdırılmasının vacibliyini vurğulayaraq, Qəzza əhalisinin sadəcə təhlükəsiz və ləyaqətli həyat istədiyini deyib.

O, UNOCHA-nın 400-dən çox paylama mərkəzi və aşxanalar vasitəsilə yardımları birbaşa insanlara çatdırdığını, ən böyük prinsiplərinin isə mülki şəxslərə zərər vurmamaq olduğunu qeyd edib.

Əli Hüseynov

 


SON XƏBƏRLƏR