• Bakı C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

“Trabzonspor” xal itirdi

İDMAN

31 Yanvar 2026 | 00:46

“Trabzonspor” xal itirdi

Türkiyə Superliqasında 20-ci turun iki oyunu keçirilib.

Bakıvaxtı.az xəbər verir ki, “Antalyaspor” “Trabzonspor”u qəbul edib. Matç 1:1 hesabı ilə yekunlaşıb.

Oyunda hesabı meydan sahiblərinin oyunçusu Sander van de Strek 43-cü dəqiqədə açıb. 53-cü dəqiqədə Pol Onuaçi cavab topunu vurub.

Turun digər oyununda “Kasımpaşa” və “Samsunspor” üz-üzə gəliblər. Oyun 1:0 hesabı ilə “Samsunspor”un xeyrinə qurtarıb.

Matçda yeganə qolu 90+2-də Jores Assumu vurub.

“Trabzonspor” 42 xalla turnir cədvəlində üçüncüdür. “Samsunspor” 30 xalla 6-cı yerdədir. “Antalyaspor” 20 xalla 11-ci pillədə qərarlaşıb. “Kasımpaşa”nın 16 xalı var və 15-ci yerdədir

 


SON XƏBƏRLƏR

30 Yanvar 2026