• Bakı C

    7.12 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Tofiq Musayev UFC-də növbəti döyüşünə çıxacaq

İDMAN

30 Yanvar 2026 | 20:11

Tofiq Musayev UFC-də növbəti döyüşünə çıxacaq

Azərbaycanlı MMA döyüşçüsü Tofiq Musayev UFC-də növbəti döyüşünə çıxacaq.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə insayder Leo Uolker Gimarayeş məlumat yayıb.

Bildirilib ki, idmançımız aprelin 4-də ABŞ-nin Las-Veqas şəhərində keçiriləcək "UFC Vegas 115" turniri çərçivəsində braziliyalı Samuel Sançeslə üz-üzə gələcək.

Qeyd edək ki, Bakıda keçirilən "UFC Fight Night" turnirində təmsilçimiz Tofiq Musayevin debütü uğursuz alınıb. 35 yaşlı idmançımız qırğızıstanlı Mıktıbek Orolbaya məğlub olub. Rəqibi Tofiqin qolunu birinci raundda ağrıdıcı fəndə salaraq təmiz qələbə qazanıb.


SON XƏBƏRLƏR