• Bakı 9° C

    2.11 m/s

  • USD - 1.7

    EUR - 1.8607

    RUB - 2.0719

Silvestr Stallonesiz yeni "Rembo" filmi çəkilir

ŞOU

30 Yanvar 2026 | 18:17 | Müəllif: Subhan Mahmudov

Silvestr Stallonesiz yeni "Rembo" filmi çəkilir

Dünya şöhrətli aktyor Silvestr Stallonenin rol aldığı "Rembo" seriyasına yeni bir film əlavə olunur.

Bakıvaxtı.az xəbər verir ki, yeni ekran işi 1982-ci ildə çəkilən "İlk qan" filmindəki hadisələrdən əvvəlki dövrü əhatə edəcək. Filmin rejissoru Jalmari Helanderdir.

Qeyd olunub ki, "Rembo" seriyasının yeni filmində Silvestr Stallone rol almayacaq. Baş qəhrəman obrazını bu il nümayiş olunan "Küçə döyüşçüsü" filmində əsas rolu canlandıran Noa Sentineo ifa edəcək. Ekran işində həmçinin Ceyson Tobin, Kuinsi Aysaya, Cefferson Uayt və Aym Tapthimmonq rol alacaq.

Filmin çəkilişlərinə Taylandın Banqkok şəhərində start verilib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Noyabr 2026