• Bakı C

    7.61 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

AB-dən sağlam mövqe gözləmirik - Kobaxidze

DÜNYA

31 Yanvar 2026 | 00:10

AB-dən sağlam mövqe gözləmirik - Kobaxidze

Bu gün Avropa bürokratiyasında vəziyyət çox çətindir. Əgər hər hansı bir dönüş nöqtəsi olarsa, gürcü xalqına və dövlətimizə yanaşma da dəyişəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze jurnalistlərə açıqlamasında söyləyib.

Baş nazir Parlament sədrinin AB səfirinə göndərdiyi və hələ cavab almadığı məktubla bağlı məsələyə də aydınlıq gətirib.

Hökumət başçısı AB-dən sağlam mövqe gözləmədiyini qeyd edib:

"Mən nikbin ola bilmərəm. Ölkəmizdə zorakılığa dəstək və zorakılığın təşviqi uzun müddətdir ki, davam edir. Burada da sağlam mövqe gözləmirik. Ümid edirəm ki, Avropa bürokratiyasında dönüş nöqtələri olacaq. Bu gün Avropa bürokratiyasında vəziyyət çox çətindir. Dönüş nöqtələri olarsa, bu halda, gürcü xalqına və dövlətimizə yanaşma da dəyişəcək”.

 


SON XƏBƏRLƏR

30 Yanvar 2026