• Bakı C

    0.61 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Monteneqro vətəndaşlarına Yaxın şərqə səfərlərdən çəkinməyə çağırıb

DÜNYA

01 Mart 2026 | 23:55

Monteneqro vətəndaşlarına Yaxın şərqə səfərlərdən çəkinməyə çağırıb

Yaxın Şərq regionunda təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə əlaqədar olaraq Monteneqronun Xarici İşlər Nazirliyi vətəndaşlarını növbəti bildirişədək İran, İsrail, Birləşmiş Ərəb Əmirlikləri, Qətər, Küveyt və Bəhreynə səfərlərdən çəkinməyə çağırıb.

Bakıvaxtı.az xəbər verir ki, nazirliyin bəyanatında Yaxın Şərqdəki vəziyyətin davamlı şəkildə izləndiyi və Monteneqro vətəndaşlarının vaxtında məlumatlandırılması və maraqlarının qorunması məqsədilə müvafiq beynəlxalq və yerli tərəfdaşlarla, eləcə də aidiyyəti diplomatik-konsulluq nümayəndəlikləri ilə daim əlaqə saxlanıldığı vurğulanıb.

"Hazırda qeyd olunan ölkələrdə olan Monteneqro vətəndaşlarına sakitliyi qorumaq, məsuliyyətli davranmaq, öz təhlükəsizliklərini prioritet hesab etmək, yerli hakimiyyət orqanlarının təlimat və tövsiyələrinə ciddi şəkildə əməl etmək, həmçinin Monteneqronun Xarici İşlər Nazirliyinin rəsmi açıqlamalarını mütəmadi izləmək tövsiyə olunur.

Həmçinin Yaxın Şərq regionunun bəzi hissələrində hava nəqliyyatında müvəqqəti dayanmalar və məhdudiyyətlər nəzərə alınaraq sərnişinlər, uçuş cədvəllərində dəyişikliklər və səfərin davam etdirilməsi üçün alternativ həllər barədə vaxtında məlumat almaq məqsədilə aviaşirkətlərlə əlaqədə qalsınlar. Monteneqro vətəndaşlarına mümkün olan ən yüksək ehtiyatlılıq nümayiş etdirməyə, eləcə də kütləvi toplaşmalardan və etiraz aksiyalarından uzaq durmağa çağırırıq",-deyə əlavə edilib.


SON XƏBƏRLƏR

01 Mart 2026