• Bakı C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Gürcüstanda uçuşlar ləğv edildi

DÜNYA

01 Mart 2026 | 18:54

Gürcüstanda uçuşlar ləğv edildi

Yaxın Şərq regionunda baş verən hadisələr səbəbindən Tbilisi və Batumi beynəlxalq hava limanlarından 20-dən çox uçuş ləğv edilib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Gürcüstan Hava Limanı Assosiasiyasından məlumat verilib. Bildirilib ki, martın 1-də Tbilisi beynəlxalq hava limanından 17 reys yerinə yetirilməyəcək. Batumi hava limanından isə bu günə planlaşdırılan dörd reys ləğv edilib.

Tbilisi Beynəlxalq Hava Limanından Tel-Əvivə 7 uçuş, Şarja 2, Dubaya 3, Dohaya 3, Əbu-Dabiyə 1 və Küveytə 1 uçuş ləğv olunub. Bundan əlavə, Batumi Beynəlxalq Hava Limanından Təl-Əvivə dörd reys ləğv edilib.


SON XƏBƏRLƏR

28 Fevral 2026