Naxçıvan Muxtar Respublikası ərazisində yerləşən və Əlahiddə Ümumqoşun Orduya məxsus hərbi təsərrüfat obyektində baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin müvafiq bölmələri ilə qarşılıqlı əlaqə şəraitində dərhal lokallaşdırılıb, söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər görülür.
Müdafiə Nazirliyindən Bakıvaxtı.az-a verilən xəbərə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.
Faktla bağlı araşdırma aparılır.
***
15:46
Naxçıvan şəhərindəki hərbi hissələrin birində yanğın baş verib.
Bakıvaxtı.az AzərTAC-a istinadən xəbər verir ki, hadisə hərbi hissənin çörək sexində qeydə alınıb.
Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürən dəstələri və polis əməkdaşları hadisə yerindədir.
Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər davam etdirilir
Bakı 








