• Bakı C

    5.28 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

İsrail XİN: İrana zərbələr davam edəcək

DÜNYA

01 Mart 2026 | 18:24

İsrail XİN: İrana zərbələr davam edəcək

İsrailin xarici işlər naziri Gideon Saar ölkəsinin İrana qarşı hücumlarına yönələn tənqidləri rədd edərək, ABŞ ilə birlikdə zərbələrin davam etdiriləcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə İsrail Xarici İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Saar qeyd edib ki, İran rejimi İsrailin məhvini açıq şəkildə bəyan edir və bu istiqamətdə addımlar atırsa, İsrailin hərəkət etmək üçün tam hüququ var. Onun sözlərinə görə, İsrail qarşı tərəfin məqsədinə çatmasını gözləyə bilməz.

Nazir əlavə edib ki, İsrail ABŞ ilə koordinasiyalı şəkildə İran rejiminə qarşı “ən güclü zərbələri” endirmək niyyətindədir.


SON XƏBƏRLƏR

28 Fevral 2026