• Bakı C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

"Əl-Səlam"a zərbələr endirildi

DÜNYA

01 Mart 2026 | 21:11

Əl-Səlama zərbələr endirildi

İran Əbu-Dabidə yerləşən "Əl-Səlam" hərbi-dəniz bazasının anbarına hücum edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə BƏƏ Müdafiə Nazirliyi "X" sosial şəbəkəsində məlumat yayıb.

"Əl-Səlam" hərbi obyekti Dubay şəhər mərkəzindən təxminən 70 km cənub-şərqdə, Dubay və Əbu-Dabi əmirliklərinin sərhədinə yaxın səhralıq ərazidə yerləşir.

Hücum nəticəsində bazada tikinti materiallarının saxlanıldığı iki konteynerdə yanğın baş verib. Tələfat barədə məlumat yoxdur. Hücumun iki pilotsuz uçuş aparatı ilə həyata keçirildiyi bildirilir.

"The New Arab" nəşri isə bazada fransız hərbçilərinin yerləşdirildiyini iddia edir. Məlumata görə, "Camp de la Paix" kimi də tanınan baza BƏƏ-yə məxsusdur, lakin Əmirliklərin dəvəti ilə burada Fransa hərbi qüvvələri də yerləşir. Fransız hərbçilər bazaya zərbə ilə bağlı xəbərləri şərh etməkdən imtina ediblər.

BƏƏ Müdafiə Nazirliyi hadisəni "açıq-aşkar təcavüz aktı və milli suverenliyin, eləcə də beynəlxalq hüququn kobud şəkildə pozulması" kimi qiymətləndirərək qəti şəkildə pisləyib.

Qeyd olunur ki, "Əl-Səlam" İranın zərbə endirdiyi yeganə hərbi baza deyil. Fevralın 28-də İran Yaxın Şərqdə yerləşən ABŞ hərbi bazalarına da hücum edib.


SON XƏBƏRLƏR