ABŞ, İsrail və İran arasında davam edən müharibəyə görə hava məkanını uçuşlara bağlayan İraq bu müddəti daha 3 gün uzatmağa qərar verib.
Bakıvaxtı.az xəbər verir ki, bu haqda İraq Mülki Aviasiya İdarəsi açıqlama yayıb.
Məlumatda Yaxın Şərqdə davam edən gərginlik səbəbindən hava sahəsinin uçuşlara daha 72 saat bağlı qalması qərarının verildiyi bildirilib. Açıqlamada bu qərarın 3 aprel cümə günü yerli vaxtla saat 12:00-a qədər qüvvədə olacağı vurğulanıb.
Qeyd edək ki, İraq fevralın 28-də ABŞ və İsrailin İrana hücumlarını pisləmək üçün hava məkanını 24 saatlıq uçuşlar üçün bağladığını açıqlayıb. O vaxtdan bu müddət bir neçə dəfə uzadılıb.
Bakı 




