• Bakı C

    3.51 m/s

  • USD - 1.7

    EUR - 2.008

    RUB - 2.2155

Merz Vaşinqtona gedəcək, İran məsələsini müzakirə edəcək

DÜNYA

01 Mart 2026 | 20:36

Merz Vaşinqtona gedəcək, İran məsələsini müzakirə edəcək

Almaniya kansleri Fridrix Merz qarşıdakı Vaşinqton səfəri zamanı Yaxın Şərqdə, xüsusilə İran ətrafında yaranmış vəziyyəti ABŞ Prezidenti Donald Trampla müzakirə edəcəyini bildirib.

Bakıvaxtı.az xəbər verir ki, o bu barədə Berlin şəhərində keçirilən mətbuat konfransında çıxış edib.

Kansler qeyd edib ki, məsələ ilə bağlı martın 3-də Vaşinqtonda Ağ evdə görüş zamanı ətraflı danışacaq.

Merz əlavə edib ki, o, Avropa və Yaxın Şərqdəki tərəfdaşlarla da sıx təmasdadır.

Kansler ABŞ-yə səfərini bazar ertəsi başlayacaq. Martın 3-də Ağ evdə Trampla danışıqlar nəzərdə tutulur. Bu, Merzin 2025-ci ilin mayında vəzifəyə başlamasından bəri ABŞ-yə üçüncü səfəri olacaq.


SON XƏBƏRLƏR