Pakistanın Baş naziri Şehbaz Şərif bazar günü Rusiyaya rəsmi səfərini son "regional və daxili vəziyyət"ə görə təxirə salıb.
Bakıvaxtı.az xəbər verir ki, Baş nazirin ofisi açıqlamada bunu təsdiqləyib.
Bəyanatda həmçinin bildirilir ki, baş nazirin Rusiyaya səfəri iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafı üçün "böyük əhəmiyyət kəsb edir", lakin mövcud vəziyyəti nəzərə alaraq təxirə salınır.
Yeni tarix qarşılıqlı məsləhətləşmələrdən sonra müəyyən ediləcək.
Bakı 




