ABŞ Prezidenti Donald Tramp bildirib ki, İranın yeni rəhbərliyi danışıqlara hazır olduğunu bəyan edib və o da bu təklifi qəbul edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Tramp “The Atlantic” jurnalına müsahibəsində danışıb.
Onun sözlərinə görə, İran tərəfi əlaqə saxlamaq istədiyini bildirib və yaxın vaxtlarda danışıqlar baş tutacaq. Tramp qeyd edib ki, Tehran bu addımı daha əvvəl atmalı idi.
“Onlar danışmaq istəyirlər və mən razılaşmışam. Mən onlarla danışacağam. Bunu daha tez etməli idilər. Praktik və asan olan addımı daha əvvəl ata bilərdilər. Çox gecikdilər”, – deyə Tramp Floridadakı iqamətgahından verdiyi müsahibədə bildirib.
Bakı 




