• Bakı 12° C

    4.84 m/s

  • USD - 1.7

    EUR - 1.8666

    RUB - 2.0737

"Qarabağ" - "Sabah" matçında qalib OLMADI

İDMAN

01 Mart 2026 | 21:01 | Müəllif: Əli Hüseynov

"Qarabağ" - "Sabah" matçında qalib OLMADI

Misli Premyer Liqasında XXII tura yekun vurulub.

Bakıvaxtı.az xəbər verir ki, turun son matçında "Qarabağ" "Sabah"la qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika stadionunda baş tutan və 6 qolun vurulduğu matçda qalib müəyyənləşməyib - 3:3.

"Sabah"dan qolları Xəyal Əliyev (13), Aaron Maluda (54), Coy Lens Mikels (60) rəqib qapısından keçiriblər. "Qarabağ"ın heyətində isə Pedro Bikalyo (73), Kevin Medina (78), Musa Qurbanlı (84) fərqləniblər.

Bu nəticədən sonra xallarının sayını 53-ə çatdıran "Sabah" turnir cədvəlinə başçılıq edir. 46 xala malik "Qarabağ" isə ikinci pillədə qərarlaşıb.

Qeyd edək ki, turun daha əvvəl keçirilmiş matçlarında "Kəpəz" "Sumqayıt"ı (3:0), "Zirə" "Araz-Naxçıvan"ı (1:0) məğlub edib. "Neftçi" - "Şamaxı" (2:2) və "Qəbələ" - "Karvan-Yevlax" (1:1), "Turan Tovuz" - "İmişli" (0:0) görüşlərində isə qalib müəyyənləşməyib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

20 Noyabr 2026