• Bakı 23° C

    3.82 m/s

  • USD - 1.7

    EUR - 1.9329

    RUB - 2

Aygün Kazımovanın məşhur hitini Sevda oxudu

ŞOU

02 Mart 2026 | 00:06 | Müəllif: Əli Hüseynov

Aygün Kazımovanın məşhur hitini Sevda oxudu

Xalq artisti Aygün Kazımovanın “Best of Aygün -All stars 2” albomunda yer alacaq daha bir ifaçının adı bəlli olub. 

Bakıvaxtı.az xəbər verir ki, müğənni Sevda Yahyayeva növbəti albomda yer alacağını bildirib. İfaçı albom üçün hazırladığı mahnını da açıqlayıb. O, ölkənin əsas ulduzunun “Dola mənə qolunu” mahnısını oxuyub. 

Qeyd edək ki, “Best of Aygün-All stars” albomunun ilk buraxılışı ölkədə böyük səs-küy doğurdu. Albomda 32 ifaçı yer alıb. Albomun ikinci hissəsində Xalq artisti Röya Ayxan, Əməkdar artist Manana Çaparidze, müğənnilər Samir Bağırov, Aysel Teymurzadə, Günel Zeynalova, Səmra Rəhimli, Samirə Efendi və hələ adları açıqlanmayan ifaçılar olacaq. 


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

25 Sentyabr 2026