• Bakı C

    7.14 m/s

  • USD - 1.7

    EUR - 2.0272

    RUB - 2.2385

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıqla bağlı protokol imzalandı

SİYASƏT

30 Yanvar 2026 | 17:50

Azərbaycan və BƏƏ arasında hərbi əməkdaşlıqla bağlı protokol imzalandı

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Əbu-Dabi şəhərində Azərbaycan və BƏƏ Müdafiə nazirlikləri arasında Birgə Hərbi Əməkdaşlıq Komitəsinin birinci iclası keçirilib.

Bu barədə Bakıvaxtı.az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, tədbirdə hər iki ölkənin müdafiə qurumları arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib, eləcə də qarşılıqlı maraq doğuran bir sıra məsələlərə dair ətraflı fikir mübadiləsi aparılıb.

Yekunda "Azərbaycan Respublikası və BƏƏ-nin Müdafiə nazirlikləri arasında keçirilmiş Birgə Hərbi Əməkdaşlıq Komitəsinin iclasının Protokolu" imzalanıb.


SON XƏBƏRLƏR