• Bakı 20° C

    3.16 m/s

  • USD - 1.7

    EUR - 1.9747

    RUB - 2.3176

Rusiya vətəndaşlarının viza işi çətinləşir

DÜNYA

13 Sentyabr 2025 | 11:46

Rusiya vətəndaşlarının viza işi çətinləşir

Avropa İttifaqı Rusiya vətəndaşlarına viza verilməsi ilə bağlı mövqeyini sərtləşdirməyə hazırlaşır.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə “Politico” qəzeti Avropa Komissiyasının nümayəndəsinə istinadən məlumat yayıb.

Bildirilib ki, ilin sonuna qədər Aİ tərkibinə daxil olan ölkələr üçün ruslara vizaların verilməsi ilə bağlı daha sərt tövsiyələri özündə əks etdirən yeni sənədlər dərc edəcək.

Lakin qeyd edilib ki, vizaların verilməsi Aİ-yə üzv ölkələrin səlahiyyətində olduğu üçün, Avropa Komissiyası Rusiya vətəndaşlarının bloka daxil olmasına tam qadağa qoya bilməz. 


SON XƏBƏRLƏR

05 Iyun 2026