• Bakı 14° C

    1.32 m/s

  • USD - 1.7

    EUR - 1.9129

    RUB - 2.0186

Aİ Qəzza-Misir sərhədində müşahidə missiyasını bərpa edəcək

DÜNYA

13 Oktyabr 2025 | 11:02 | Müəllif: Gülşən Şərif

Aİ Qəzza-Misir sərhədində müşahidə missiyasını bərpa edəcək

Avropa İttifaqı (Aİ) Qəzza ilə Misir arasındakı sərhəddə müşahidə missiyasını bərpa edəcək.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Aİ-nın xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib.

Onun sözlərinə görə, sülh planının uğurla həyata keçməsi üçün güclü beynəlxalq dəstək vacibdir.

"Aİ bu prosesdə öz üzərinə düşən rolu yerinə yetirməyə hazırdır. Çərşənbə günü Aİ Qəzza ilə Misir arasındakı sərhəd-keçid məntəqəsində mülki müşahidə missiyasını bərpa edəcək. Bu missiya atəşkəsin dəstəklənməsində mühüm rol oynaya bilər",- diplomat qeyd edib.


Batıgöz reklamMedia İnkişaf

SON XƏBƏRLƏR

03 Oktyabr 2026