• Bakı 16° C

    2.47 m/s

  • USD - 1.7

    EUR - 1.9612

    RUB - 2.0928

Qəzada şəhid olan mayor 4 ay sonra ata olacaqmış... - FOTO

DÜNYA

12 Noyabr 2025 | 10:18

Qəzada şəhid olan mayor 4 ay sonra ata olacaqmış... - FOTO

Gürcüstan sərhədində qəzaya uğrayan Türkiyə hərbi yük təyyarəsində şəhid olan pilot, mayor Serdar Uslu haqqında ürəkağrıdan məlumat yayılıb.

Bakıvaxtı.az Türkiyə mediasına istinadla xəbər verir ki, Serdar Uslu 4 ay sonra ata olacaqmış. Onun həyat yoldaşı Göknur Uslu hamilə idi. Faciə xəbəri Bursanın Yenişehir rayonundakı ailəsinə çatdırılıb, evinə Türkiyə bayrağı asılıb və həkim briqadası hadisə yerində hazır gözləyib.

Qeyd edək ki, Gürcüstan ərazisində qəzaya uğrayan Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C130" tipli hərbi nəqliyyat təyyarəsində olan ekipajın bütün üzvləri həlak olub. 


SON XƏBƏRLƏR

11 Noyabr 2025