Ukraynanın Prezidenti Volodimir Zelenski bildirib ki, ölkədə seçkilərin keçirilməsi yalnız atəşkəs əldə olunduğu halda mümkün ola bilər.
Bakıvaxtı.az xəbər verir ki, ABŞ-nin prezidenti Donald Trampın onu “seçkilərsiz diktator” adlandırmasına cavab olaraq Zelenski qeyd edib ki, seçkilərin təşkili üçün bir sıra şərtlərə əməl edilməlidir.
“Biz seçki keçirməyə cəhd göstərə bilərik… Amma seçkilərin mümkün olması üçün Amerika bu məsələdə bizə yardım etməlidir. Əgər indi seçki tələb olunursa, ilk növbədə atəşkəs olmalıdır”, – Zelenski vurğulayıb.
Bakı 



