Azərbaycanın səhiyyə naziri Teymur Musayev Böyük Britaniyanın Azərbaycan üzrə ticarət elçisi lord Con Alderdays ilə görüşdə səhiyyə sahəsində əməkdaşlığın inkişafını müzakirə edib.
Bakıvaxtı.az-ın məlumatına görə, bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfiri Ferqus Auld "X" sosial şəbəkəsindəki hesabında paylaşım edib.
"Böyük Britaniyanın tibb, həyat elmləri və səhiyyə sahəsindəki təcrübəsi Azərbaycanın iqtisadiyyatının şaxələndirilməsinə dəstək baxımından mühüm əhəmiyyət daşıyır. Lord Con Alderdaysın səhiyyə naziri Teymur Musayev ilə görüşündə ölkələrimiz arasında səhiyyə sahəsində əməkdaşlığı necə gücləndirə biləcəyimizi müzakirə etdik", - paylaşımda qeyd edilib.
Bakı 



