Baş prokuror Kamran Əliyev Pirallahı rayon prokurorluğunun inzibati binasında Pirallahı, Xəzər rayonları və digər bölgələrdən olan vətəndaşları qəbul edib.
Bu barədə Bakıvaxtı.az-a Baş Prokurorluqdan məlumat verilib.
Bildirilib ki, qəbulda iştirak edən 15 nəfər vətəndaşın müraciətində konkret cinayət işlərinin istintaqı, törədilmiş cinayətlər barədə məlumatların araşdırılması zamanı yol verilmiş qanun pozuntuları və məhkəmədə baxılan cinayət işləri üzrə dövlət ittihamının müdafiəsinə dair məsələlərin bilavasitə prokurorluqda və ya aidiyyəti icra orqanlarında operativ həlli üçün müvafiq göstərişlər verilib.
Bakı 






