• Bakı C

    10.26 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Azərbaycan XİN Pakistana başsağlığı verib

CƏMİYYƏT

07 Fevral 2026 | 12:23

Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Pakistanın baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dara zəng edib.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə məlumat Pakistan XİN-in "X" hesabında paylaşılıb.

    Nazir Ceyhun Bayramov Azərbaycan Prezidenti, hökuməti və xalqı adından İslamabadda baş vermiş partlayışla əlaqədar başsağlığı verib, həlak olanların ailələrinə başsağlığı diləyib və Pakistanla həmrəy olduqlarını ifadə edib.

    Hücumu qətiyyətlə pisləyən Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri ölkəsinin terrorizm bəlasına qarşı mübarizədə əzmkar mövqeyini bir daha vurğulayıb.

    Telefon danışığı zamanı tərəflər, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıb, Pakistan və Azərbaycan arasında mövcud olan möhkəm və davamlı tərəfdaşlığın bir daha təsdiqləndiyini qeyd ediblər.


    SON XƏBƏRLƏR

    06 Fevral 2026