• Bakı C

    4.82 m/s

  • USD - 1.7

    EUR - 1.9874

    RUB - 2.1662

Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl gəlib - SİYAHI

İQTİSADİYYAT

11 Dekabr 2025 | 16:21

Azərbaycana 23 ölkədən 44 tondan çox qızıl gəlib - SİYAHI

2025-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycana 4 milyard 515 milyon 57.6 min ABŞ dolları dəyərində 44 min 440.9 kq qızıl idxal edilib.

Bakıvaxtı.az-ın Dövlət Statistika Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, hesabat dövründə ölkəyə gətirilən qızılın 1 kq orta idxal qiyməti 101 min 597 ABŞ dolları təşkil edib.

    Qeyd edək ki, bu ilin ilk 10 ayında Azərbaycanda qızıl istehsalı 2592.7 kq təşkil edib. Bu dövrdə Azərbaycandan İsveçrəyə 276 milyon 824.5 min ABŞ dolları dəyərində 3970.7 kq emal olunmamış qızıl ixrac edilib. Bu məhsulun 1 kiloqramının orta ixrac qiyməti isə 69 min 715 ABŞ dolları təşkil edib.

    Aşağıdakı cədvəldə bu ilin ilk 10 ayında Azərbaycana idxal edilən qızılın ölkələr üzrə həcmi və idxal dəyəri verilib:

    ÖlkələrQızılın həcmi, kqQızılın dəyəri, min ABŞ dolları
    Avstraliya7 104,22760 187,83
    Rusiya6 783,68656 760,54
    Böyük Britaniya4 860,9481 268,41
    Amerika Birləşmiş Ştatları4 453,16458 836,39
    İsveçrə3 453,45396 289,23
    Meksika2 557,6233 513,81
    Qazaxıstan2 556,83262 172,89
    Cənubi Afrika Respublikası2 526,6267 467,72
    Özbəkistan2 200,91246 338,19
    Kanada1 398,88132 316,32
    Çin1 186,22109 542,7
    Türkiyə1 157,2899 314,6
    Almaniya1 062,4995 859,22
    Braziliya1 021,4695 318,81
    İspaniya692,1573 156,09
    Qırğızıstan417,3644 617,82
    İtaliya296,4831 249,34
    Filippin278,6128 344,69
    Çinin xüsusi inzibati rayonu Honkonq184,2916 723,14
    Yaponiya149,8915 586,09
    Rumıniya48,124 960,59
    İsveç38,164 099,74
    Zimbabve12,21 133,44

    Əlavə edək ki, ölkəyə qızıl idxalı dedikdə, qızıldan yarımişlənmiş formalarda çubuqlar, məftil və profillər, lövhələr, istənilən altlıq nəzərə alınmadan qalınlığı 0,15 mm-dən çox olan vərəqlər, zolaqlar və ya lentlər nəzərdə tutulur.


    SON XƏBƏRLƏR