• Bakı C

    9.62 m/s

  • USD - 1.7

    EUR - 1.9811

    RUB - 2.1216

Qeyri-neft-qaz ixracı 9 %-ə yaxın artıb

İQTİSADİYYAT

09 Yanvar 2026 | 12:57

Qeyri-neft-qaz ixracı 9 %-ə yaxın artıb

2025-ci ildə Azərbaycanın qeyri-neft-qaz sektoru üzrə ixracının dəyəri 2024-cü illə müqayisədə 8,5 % artaraq 3,6 milyard ABŞ dolları təşkil edib.

Bakıvaxtı.az bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinə istinadən xəbər verir.

Məlumata görə, o cümlədən son 1 ildə ölkənin yeyinti məhsullarının ixrac dəyəri 18,4 % artaraq 1,2 milyard ABŞ dolları olub.

Bundan başqa, hesabat dövründə şəkərin ixrac dəyəri 57,4 %, meyvə-tərəvəzin ixrac dəyəri 27,4 %, alüminium və onlardan hazırlanan məmulatların ixrac dəyəri isə 24,2 %, pambıq ipliyin ixrac dəyəri 19,3 %, kimya sənayesi məhsullarının ixrac dəyəri 8 %, bitki və heyvan mənşəli piy-yağın ixrac dəyəri isə 2 % artıb.

İl ərzində aqrar məhsulların ixrac dəyəri 26,7 % artaraq 1 milyard ABŞ dolları, aqrar-sənaye məhsullarının ixracın dəyəri 314,7 milyon ABŞ dolları, bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixrac dəyəri isə 18,9 % artaraq 1,3 milyard ABŞ dolları təşkil edib.


SON XƏBƏRLƏR

09 Yanvar 2026