• Bakı C

    8.41 m/s

  • USD - 1.7

    EUR - 2.0052

    RUB - 2.2154

Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq - Nazir

İQTİSADİYYAT

06 Fevral 2026 | 13:15

Azərbaycan və Ermənistan arasında birbaşa dəmir yolu olacaq - Nazir

“İnanırıq ki, bir neçə il ərzində “Tramp Marşrutu” (TRIPP) layihəsinin işə düşməsi ilə Azərbaycanla birbaşa dəmir yolu əlaqəsi yaradılacaq”.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan bildirib.

Nazirin sözlərinə görə, hazırda ölkələr arasında aktiv ticarət mövcud deyil, çünki səbəblər müxtəlifdir və obyektiv xarakter daşıyır:

“Bazarlar hələ bir-birinə tanış deyil və ticarət əlaqələrinin qurulması vaxt tələb edir, bu proses əsasən özəl sektor və biznes mühiti səviyyəsində həyata keçirilir. Əlbəttə, dövlət öz funksiyasını yerinə yetirir, siyasi razılaşmalar vasitəsilə, yolların açılması və dəmir yolu xətlərinin istifadəyə verilməsi üzrə zəruri şərtləri yaradır.

Bu şərtlərin mühüm hissəsini artıq yaratmışıq. Bəli, hələ birbaşa dəmir yolu əlaqəsi yoxdur, amma bu istiqamətdə iş aparılır və bizim qiymətləndirmələrimizə görə, bir neçə ildən sonra bu təmin olunacaq. TRIPP-in istifadəsini nəzərdə tuturam”.

Papoyan əlavə edib ki, o vaxta qədər alternativ kommunikasiya variantları istifadə oluna bilər. O vurğulayıb ki, birbaşa avtomobil yolu əlaqəsi faktiki olaraq fəaliyyət göstərir, amma tərəfdaşlar hələlik məhsulların tranziti üçün Ermənistan ərazisindən istifadə etmirlər, bura Türkiyə istiqaməti də daxildir.

“Bu mürəkkəb prosesdir və vaxt tələb edir”, - o söyləyib.

Papoyanın fikrincə, müzakirələrin gündəliyi pozitiv tərəfə dəyişib:

“Hələ iki il öncə hər kəs hər an müharibənin başlaya biləcəyindən danışırdı. Bu gün isə müzakirə olunur ki, hansı məhsul satıla bilər. Bu, artıq çox yaxşı göstəricidir”./Teleqraf 


SON XƏBƏRLƏR

05 Fevral 2026