• Bakı C

    10.09 m/s

  • USD - 1.7

    EUR - 1.9741

    RUB - 2.1629

Ötən iki ayda vergi daxilolmaları 3 mlrd. manatı ötüb

İQTİSADİYYAT

06 Mart 2026 | 15:10

Ötən iki ayda vergi daxilolmaları 3 mlrd. manatı ötüb

Bu ilin yanvar-fevral ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 3 milyard manatdan çox vergi daxil olub ki, bu da proqnozdan 79,4 milyon manat çoxdur.

Bakıvaxtı.az bu barədə Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

    Qeyri-neft-qaz sektorundan vergi daxilolmaları 2 milyard 286,5 milyon manatdan çox olub və büdcəyə proqnozdan əlavə 69,6 milyon manat vəsait ödənilib. 2025-ci ilin müvafiq dövrünə nisbətən bu sektordan vergi daxilolmaları 172,4 milyon manat və ya 8,2 faiz artıb.

    2026-cı ilin yanvar-fevral aylarında məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1 milyard 19,8 milyon manatdan çox olub, proqnozdan əlavə 20,8 mln. manata yaxın vəsait ödənilib. Qeyri-büdcə təşkilatları üzrə daxilolmalar 706,1 milyon manatdan çox olub.


    SON XƏBƏRLƏR